[b]“Astra”nın ev sindromu[/b]
13.07.2017 - 16:31
[b]“Astra”nın ev sindromu[/b]

Avropa Liqasının II təsnifat mərhələsinin bu gün keçiriləcək ilk oyununda “Zirə”ni qəbul edəcək “Astra” uğursuzluq zolağındadı. Apasport.az saytının məlumatına görə, Rumıniya klubu evdə qələbə həsrəti yaşayır.

 

Belə ki, “Astra” avrokuboklardakı son ev 6 matçında qələbə qazana bilməyib. Bu uğursuz seriya “Zirə”nin lehinədi. Rəqibin öz meydanında üzləşdiyi sindromdan yararlanmaq olar.

 

2015/16 mövsümündə Avropa Liqasının pley-offunda “Alkmaar”a 3:2 hesabı ilə qalib gələn rumıniyalılar o vaxtdan doğma azarkeşlər önündə sevinmir. “Astra” 2016/17 mövsümündə 6 dəfə öz meydanında meydana çıxıb. Bunların 5-də heç-heçə edən ev sahibləri 1 qarşılaşmada uduzub.

 

“Zirə”nin rəqibi bu uğursuz seriya zamanı “Kopenhagen”, “Vest Hem” və Plzen “Viktoriya”sı ilə 1:1, “Roma” ilə qolsuz, “Genk”lə 2:2 hesablı heç-heçə edib. “Austriya” isə səfərdən qalib dönüb – 3:2.

 

Qeyd edək ki, bu gün keçiriləcək “Astra” – “Zirə” oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.