“Sevilya” hücumçusu Vitolo ilə yollarını ayırıb. Apasport.az-ın “Atletiko”nun rəsmi saytına istinadən məlumatına görə, 27 yaşlı forvard karyerasını bu komandada davam etdirəcək.
Lakin İspaniya millisinin üzvü “Atletiko”ya gələn il yanvarın 1-də qoşulacaq. Buna səbəb madridlilərin transfer qadağasının davam etməsidi. Futbolçunu 37,5 milyon avroya transfer edən paytaxt təmsilçisi onu 6 aylıq sabiq komandası “La Palmas”a icarəyə verib. Vitolonun “Atletiko” ilə müqavilə müddəti 2022-ci ilin yayına qədər olacaq.
Qeyd edək ki, Vitolo “Sevilya”ya 2013-cü ildə 2,7 milyon avro müqabilində “Las Palmas”dan keçib.