“Atletiko” Çempionlar Liqasının qrup mərhələsində evdə keçirəcəyi oyunların biletlərini satışa çıxarıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “Qarabağ” və “Roma” ilə qarşılaşmanı izləmək istəyən Madrid təmsilçisinin azarkeşləri bu gündən bilet ala bilərlər.
Oktyabrın 31-də Azərbaycan çempionu ilə IV tur matçını izləmək istəyən fanatlar 10-150 avro arası xərcə düşməlidilər. Madridlilər noyabrın 22-də V tur çərçivəsində “Roma”nı qəbul edəcəklər ki, bu oyunun biletlərinin qiyməti 30 avrodan başlayır. İtaliyalılarla görüş üçün ən bahalı bilet isə 180 avro dəyərində göstərilib.
Qeyd edək ki, “Vanda Metropolitano” stadionunda keçiriləcək hər iki oyun Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”