“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi İspaniya La Liqasının IX turu çərçivəsində sabah “Selta”nın qonağı olacaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, madridlilərin heyətlə bağlı problemi var.
Belə ki, komandanın aparıcı futbolçularından Yannik Karrasko dünənki məşqdə iştirak etməyib. Həkim müayinəsindən sonra belçikalının sol dizində zədə aşkarlanıb. Onun oktyabrın 18-də “Qarabağ”la qarşılaşmanın 72-ci dəqiqədə əvəzlənməsi də məhz dizində ağrılar hiss etməsi ilə əlaqələndirilir. Karraskonun durumu tibbi testlərdən sonra müəyyənləşəcək.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən “Qarabağ” – “Atletiko” görüşü qolsuz bərabərliklə nəticələnib.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu