[b]“Atletiko”nun müdafiəçisi “Mançester Yunayted”in hədəfində[/b]
05.11.2016 - 14:17
“Atletiko”nun uruqvaylı müdafiəçisi Dieqo Qodin karyerasını İngiltərə çempionatında davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı futbolçu ”Mançester Yunayted”in maraq dairəsinə düşüb.
“Mankunianlar” bu keçidi yanvarda həyata keçirmək niyyətindədirlər. Premyer Liqa təmsilçisi Qodinə görə 30 milyon funt-sterlinq xərcləməyə hazırdı. Qarşı tərəflə danışıqlara artıq start verilib.
Qeyd edək ki, Qodin 2010-cu ildən “Atletiko”nun formasını geyinir.
0
0