[b]“Ayaks” çempionluğu əldən verdi[/b]
09.05.2016 - 00:05
Hollandiya Erediviziyasında çempionun kimliyi bilinib. Apasport.az saytının məlumatına görə, qızıl medalların sahibinin adına məhz son turda aydınlıq gəlib.
Son turadək həm "Ayaks"ın, həm də PSV-nin hesabında eyni - 81 xal var idi. "Ayaks" bu turda gözlənilmədən səfərdə artıq elitanı tərk etmiş "Qraafşap"la oyunda xal itirib - 1:1.
Amsterdam təmsilçisi bununla çempionluğu PSV-yə hədiyyə edib.
PSV isə səfərdə "Zvolle"ni 3:1 hesabıyla məğlub edərək, ardıcıl ikinci, ümumilikdə isə 23-cü çempionluğunu qazanıb.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0