“Bunu əvvəl də bəyan etmişik. Qapıçı axtarışını davam etdiririk”. Apasport.az saytının məlumatına görə, bu sözləri Braunşveyq “Ayntraxt”ının idman direktoru Mark Arnold deyib.
II Bundesliqa təmsilçisində baxışda olan azərbaycanlı qapıçı Emil Balayevlə bağlı yekun qərar hələ verilməyib.
Bununla bağlı Almaniya mətbuatına danışan Arnold açıqlamasında Emilin də adını çəkib. O bildirib ki, Balayevlə yanaşı, polşalı qolkiper Voyçex Pavlovskinin də komandaya götürülməsi mümkündü: “Emil və Voyçex növbəti yoxlama oyunlarında sınaqdan keçirilməlidi. Bundan sonra konkret nəsə demək olar. Qapıçı problemini həll etməliyik”.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Emil Balayev bundan öncə Frankfurt “Ayntraxt”ının futbolçusu sayılırdı.