[b] AZAL “Kəpəz”i yenə lidersiz qoydu[/b]
18.10.2016 - 12:42
[b] AZAL “Kəpəz”i yenə lidersiz qoydu[/b]

Topaz Premyer Liqasının VIII turunda AZAL-la səfər oyununda zədələnən “Kəpəz”in futbolçusu Dario Frederiko Juniorun durumuna aydınlıq gəlib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, MRT müayinəsindən keçən braziliyalıya birinci dərəcəli əzələ yırtığı diaqnozu qoyulub.

 

Bu isə o deməkdi ki, hücumçu qarşıdakı 3 həftə ərzində futbol oynaya bilməyəcək. Dario yalnız gələn ayın əvvəlində məşqlərə başlaya biləcək. Bu müddətdə onun müalicəsi Bakıda aparılacaq.

 

Qeyd ki, Dario Junior ötən il də məhz AZAL-la Bakıda keçirilən görüşdə zədələnərək, mövsümün sonuna kimi sıradan çıxmışdı.