[b]“Azərbaycan oyuna yüksək motivasiya ilə çıxmışdı”[/b]
11.05.2016 - 18:10
[b]“Azərbaycan oyuna yüksək motivasiya ilə çıxmışdı”[/b]

“Azərbaycan millisini təbrik edirəm. Onlar oyuna yüksək motivasiya ilə çıxmışdılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şotlandiyanın 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Skot Qemmil deyib.

 

Bakıda təşkil edilən U-17-lərin Avropa çempionatında bu gün millimizlə qarşılaşan şotlandlar 0:1 hesablı məğlubiyyətə üzülüblər.

 

Qrupda qalan Britaniya təmsilçisinin baş məşqçisi matçla bağlı fikirlərini bölüşüb: “Bu, bizim üçün yaxşı təcrübə oldu. Bizim oyunçular həmişəki kimi, oyuna motivasiyalı çıxmışdılar. Komandamız kənardan aqressiv görünə bilərdi. Amma biz aqressiv oyun sərgiləmədik. Sadəcə, futbolçularımız çox mübarizə aparırdılar. Aqressiya da futbolun bir hissəsi sayılır. Futbolçular özlərini göstərmək üçün çalışırdılar”.

 

Qeyd edək ki, qrupda keçirdiyi hər 3 görüşdə məğlubiyyət acısı yaşayan Şotlandiya turniri xalsız başa çatdırıb.