[b]“Azərbaycan və San-Marinonu yenib, Çexiyadan 1 xalla dönməliyik”[/b]
04.10.2016 - 13:22
[b]“Azərbaycan və San-Marinonu yenib, Çexiyadan 1 xalla dönməliyik”[/b]

“Norveç millisi Azərbaycanla oyunun favoritidi. Düzdü, mən 100 faiz əmin deyiləm ki, səfərdən qalib ayrılacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Norveç millisinin sabiq futbolçusu Mini Yakobsen deyib.

 

“Rusenborq” və yığmadakı çıxışları ilə tanınan futbol veteranı DÇ-2018-in seçmə mərhələsinin Azərbaycan və San-Marino ilə matçları haqda fikirlərini açıqlayıb. Yakobsen iki qarşılaşma üçün hədəflərini gizlətməyib: “Ötən tsikldə rəqib meydanında 1:0 hesabı ilə yendiyimiz komandanı evdə uda bilməmişdik. Bakıda oyunun çox gərgin keçəcəyini gözləyirəm. Buna baxmayaraq, yığmamız qarşıdakı 2 matçda 6 xal əldə etməlidi. Əgər seçmə mərhələni 2-ci yerdə başa vurmaq istəyiriksə, Azərbaycan və San-Marino ilə matçlarda xal itirməməliyik. Almaniyaya biabırçı məğlubiyyət Norveç üçün dərs oldu. Lakin 3 vacib oyun öncəsi bu pis oldu. İndi Azərbaycan və San-Marinonu yenib, Çexiyadan 1 xalla dönməliyik”.

 

Qeyd edək ki, Azərbaycan – Norveç oyunu oktyabrın 8-də keçiriləcək.

0