“Avropa çempionatının əsas əsas favoriti Portuqaliya yığmasıdı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri portuqaliyalı futzal məşqçisi Orlando Duarte deyib.
Latviyanın “Nikars” klubunu çalışdıran təcrübəli mütəxəssis ölkəsinin mətbuatına açıqlama verib. O, Serbiyada keçirilən futzal üzrə Avropa çempionatı haqda fikirlərini bölüşüb.
İspaniya millisini o qədər də güclü hesab etməyən Duarte Azərbaycan yığması barədə də fikir səsləndirib: “İspaniya əvvəlki illərdə olduğu qədər güclü deyil. İtaliya millisi isə mənə elə gəlir ki, 2 il əvvəlki səviyyədədi. Ancaq Portuqaliya ilə qarşılaşırsansa, sizi asan oyun gözləmir. Deməli, italyanlar da bunu anlamalıdılar. Rusiya yığması güclü futbolçulardan qurulub. Ancaq onlar komanda şəklində oynaya bilmirlər. Ukrayna və Qazaxıstan komandaları digər rəqiblərə problem yarada bilərlər. Azərbaycan yığması daha çox milliləşdirilmiş futbolçulardan asılıdı. Lakin futzalda bu, adi haldı”.
Qeyd edək ki, yığmamız turnirdəki ilk görüşünü bu gün İtaliya millisinə qarşı keçirəcək.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"