[b]“Azərbaycana vurduğum qol böyük önəm kəsb edir”[/b]
06.06.2017 - 15:02
[b]“Azərbaycana vurduğum qol böyük önəm kəsb edir”[/b]

“Millidə ilk qolu debüt oyunundaca vurmaq xoşbəxtlikdi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Çexiyanın U-21 yığmasının yarımmüdafiəçisi Filip Panak deyib.

 

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi ilə matçda “Karvina” klubunun üzvü də iştirak edib. O, komandasının 5:0 hesablı qələbə qazandığı görüşdə çexlərin ikinci qoluna imza atıb.

 

Ölkəsinin mətbuatına açıqlama verən Panak qələbəni və yığmadakı ilk qolu şərh edib: “Bu vaxta qədər aşağı yaş qrupları üzrə millilərdə də oynamamışdım. Karyeramda ilk dəfə yığmanın formasını geyindim. Azərbaycana vurduğum qol mənim üçün böyük önəm kəsb edir. Biz bu matçda komanda şəklində üstün oynadıq. Oyuna nəzarət edən tərəf Çexiya idi. Baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirdik və yekunda 5:0 hesablı qələbə qazandıq. Mən Azərbaycanla qarşılaşmada öz oyunumu göstərməyə çalışdım. Avropa çempionatına yollanacaq heyəti müəyyənləşdirmək isə baş məşqçinin işidi”.

 

Qeyd edək ki, millimiz Çexiya ilə ikinci yoxlama görüşünü iyunun 8-də keçirəcək.