“Klubumda bir neçə vacib qola imza atmışam. Amma bu ay millinin heyətində vurduğum qolun yerini heç nə verməz”. Apasport.az saytının məlumatına görə, bunu Şimali İrlandiya yığmasının müdafiəçisi Konor Maklaflin deyib.
Noyabrın 11-də DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşmada Şimali İrlandiyanın heyətində ilk dəfə fərqlənən 25 yaşlı sağ cinah müdafiəçisi növbəti qolunu formasını geyindiyi “Flitvud Taun”un heyətində vurub. O, İngiltərə I liqasının XX turunda “Uimbeldon”la səfər qarşılaşmasının son saniyələrində toru silkələyərək, komandasına 1 xal qazandırıb - 2:2.
Maklaflin Britaniya mətbuatına açıqlamasında ən vacib qolu kimi yığmamızın qapısından keçirdiyi topu xatırlayıb: “Müdafiəçi olduğum üçün rəqibin cərimə meydanına nadir hallarda girirəm və hətta çox vaxt qapıya zərbə də vurmuram. Düzdü, “Flitvud Taun”un heyətində bir neçə qol sevinci yaşamışam. Üstəlik, bunun bəziləri kritik qollar olub. Necə ki, “Uimbeldon”la görüşdə vurduğum top komandamızı məğlubiyyətdən qurtardı. Ancaq mənim üçün millidəki yeganə qolum daha əzizdi. Azərbaycanla seçmə mərhələ matçındakı qolu İngiltərədəki heç bir qoluma dəyişmərəm. Həmin qol ömrüm boyu yadımdan çıxmayacaq. Çünki yığmanın formasını geyinmək mənim üçün ən böyük fəxrdi”.
Qeyd edək ki, 4:0 hesabı ilə nəticələnən Şimali İrlandiya – Azərbaycan görüşündə Konor Maklaflin meydan sahiblərinin 3-cü topunun müəllifi olmuşdu.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı