[b]“Azərbaycanda futbolla müqayisədə cüdo və güləşi üstün tuturlar”[/b]
15.03.2017 - 16:00
[b]“Azərbaycanda futbolla müqayisədə cüdo və güləşi üstün tuturlar”[/b]

“Azərbaycan dünya çempionatının seçmə mərhələsində yaxşı qrupda yer alıb”. Apasport.az saytı xəbər verir ki, bu sözləri millimizin məşqçisi Yanko Yankoviç deyib.

 

Baş məşqçi Robert Prosineçkinin köməkçisi İspaniyada səfərdə olub. O, səfər çərçivəsində Madrid “Real”ının sabiq müdafiəçisi, hazırda “Oviedo” klubunu çalışdıran Fernando Yerro ilə görüşüb.

 

İspaniya mətbuatına açıqlama verən Yankoviç Azərbaycan yığmasındakı fəaliyyətindən danışıb: “Prosineçkinin işi göz qabağındadı. Seçmə mərhələdə yaxşı çıxış edirik. Tarixi nəticəyə imza atmaq şansımız yaranıb. Robert hesab edir ki, Azərbaycanda futbolla müqayisədə cüdo və güləşi üstün tuturlar. Bununla bağlı çoxlu müzakirələr aparırıq. Prosineçki futbol adamıdı və Azərbaycanda bu idman növünə marağı artırmağın yollarını düşünür. Prosineçki futbolla nəfəs alır”.

 

Prosineçkinin köməkçisi açıqlamasında Fernando Yerro barədə də fikirlərini bildirib: “Komandası uduzanda Yerro tənqid edilir və mən bunu eşidəndə narahat oluram. Başa düşürəm ki, futbol həyatı belədi. Amma Fernandonun dahi məşqçi olacağına əminəm. O gələnə qədər “Oviedo” səfər oyunlarında çoxlu qol buraxırdı. Lakin Fernando bu problemi aradan qaldıra bildi”.