“Azərbaycan və Almaniya ilə oyunların hazırlığına başlamaq üçün martın 21-də bir araya gələcəyik. Elə həmin gün də oyunların keçiriləcəyi Rostova yollanacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Nikolay Pisarev deyib.
O, AVRO-2017-nin seçmə mərhələsinin bu ay keçiriləcək oyunları üçün açıqladığı heyətə şərh verib. Pisarev səfərdə uduzduqları Azərbaycan və Almaniya milliləri ilə görüşlərdə optimal heyətə güvənəcəyini bildirib: “Bu oyunlaradək Premyer Liqanın 1, birinci divizionun 2 turunun oyunları keçiriləcək. Yığmaya namizədləri izləməkdə davam edəcəyik. Bu üzdən heyətdə dəyişikliklər istisna deyil. Amma bu dəyişikliklər minimal səviyyədə olacaq. Martın 20-də oyunçular klublarında meydana çıxacağından ilk məşq günü bərpaedici hazırlıqla kifayətlənəcəyik. Azərbaycanla matçadək 2 məşq keçirəcəyik. Bu matça yaxşı hazırlaşa biləcəyimizə ümid edirəm. Həmin oyundan sonra hazırlığımızı Almaniya ilə oyunadək də Rostovda davam etdirəcəyik. Komandanın heyətinə klublarında oyun praktikası olanları çağırmağa çalışırıq”.
Qeyd edək ki, Azərbaycan və Rusiya milliləri martın 24-də Rostovda qarşılaşacaq.