[b]“Azərbaycanla oyundan bir gün əvvəl...” - Marselinyo[/b]
21.10.2016 - 17:24
[b]“Azərbaycanla oyundan bir gün əvvəl...” - Marselinyo[/b]

Məşhur futbolçu Marselinyo karyerasını bitirmək qərarına gəlib. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, Braziliya millisinin sabiq yarımmüdafiəçisinin vida matçı təşkil ediləcək.

 

Son olaraq ölkəsində “İnter de Laqes” klubunun formasını geyinmiş 41 yaşlı futbolçunun vida görüşü gələn il, martın 25-də Berlində baş tutacaq. Çünki onun karyerasının ən parlaq dövrü bu şəhərin “Herta” klubunda olub. 2001-2006-cı illərdə “Herta”nın uğurları üçün çalışmış “sambaçı” həlledici qarşılaşmaya Almaniya millisinin baş məşqçisi Yoahim Lövü də dəvət etdiyini açıqlayıb: “Bu günlərdə Lövlə restoranda qarşılaşdıq. Onu vida matçıma dəvət etdim. Lakin həmin görüş onların Azərbaycanla seçmə mərhələ oyunundan bir gün əvvəl olacaq. Bu səbəbdən Löv tədbirə gələ bilməyəcək”.

 

Qeyd edək ki, Marselinyo “Herta”nın heyətində 155 oyun keçirib, 65 qola imza atıb.

0