[b]“Azərbaycanlı” futbolçu Mərkəzi Amerikanın simvolik “11-liy”ində[/b]
13.04.2016 - 11:12
[b]“Azərbaycanlı” futbolçu Mərkəzi Amerikanın simvolik “11-liy”ində[/b]

Mərkəzi Amerikada ötən turun simvolik komandası açıqlanıb. Apasport.az saytının məlumatına görə, heyət bu bölgə ölkələrinin Avropada çıxış edən futbolçularının keçirdikləri oyuna əsasən qurulub.

 

Maraqlıdı ki, 11-ci dəfə açıqlanan simvolik komandada karyerasını Azərbaycanda davam etdirən futbolçuya da yer verilib. Belə ki, “Zirə”nin oyunçusu Nelson Bonilla 3-4-3 taktiki sxemi üzərində qurulan heyətdə mərkəz hücumçusu kimi göstərilib. Buna səbəb onun Topaz Premyer Liqasının XXIX turunda “Rəvan”la səfər qarşılaşmasında het-trikə imza atması olub.

 

“Zirə”nin 4:0 hesabı ilə qalib gəldiyi görüşdə rəqib qapısından 3 top keçirərək cari mövsümdə qollarının sayını 13-ə çatdıran 26 yaşlı forvard Salvador yığmasının simvolik komandadakı iki oyunçusundan biri olub. “Xəyali 11-liy”in ən tanınmış futbolçusu “Sportinq”in formasını geyinən Kosta-Rika millisinin yarımmüdafiəçisi Brayan Ruizdi.

 

Qeyd edək ki, Mərkəzi Amerika bölgəsinə daxil ölkələr Beliz, Salvador, Honduras, Kosta-Rika, Qvatemala, Nikaraqua və Panamadı.