[b]“Bakıda hər kəs bu fikri təsdiqlədi” – federasiya rəsmisi[/b]
13.05.2016 - 11:26
[b]“Bakıda hər kəs bu fikri təsdiqlədi” – federasiya rəsmisi[/b]

“Avropa çempionatında “ölüm qrupu”ndan çıxa bilmədik. Ancaq Bakıda hər kəs bu fikri təsdiqlədi ki, Serbiya yığmasının böyük potensialı var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiya Futbol Federasiyasının direktoru Mitar Mrkela deyib.

 

Bakıda keçirilən 17 yaşadək futbolçulardan ibarət yığmaların Avropa çempionatında Serbiya millisi çıxışını erkən dayandırmalı oldu. İspaniya, Hollandiya və İtaliya ilə birlikdə D qrupunda mübarizə aparan serblər yarışı 1 xalla tərk etdilər.

 

Buna baxmayaraq, ölkənin futbol federasiyası komandanın çıxışından razı qalıb.

 

Serbiya mətbuatına açıqlama verən Mrkela Azərbaycandakı yarışın onlara böyük təcrübə qazandırdığını bildirib: “Biz ən güclü 3 futbol ölkəsinə qarşı oynadıq. Taktiki və texniki planda futbolçularımız özlərini yaxşı tərəfdən göstərə bildilər. Bir sözlə, uşaqların Azərbaycandakı oyunundan qürur duya bilərik. Bakıdakı çıxışımızla gələcək üçün vizit kart əldə etdik. Avropa çempionatı bizim üçün böyük uğur oldu. Azərbaycana yollanan 15 komandanın sırasına düşməyin özü yaxşı nəticə idi”.

 

Qeyd edək ki, Azərbaycan yığmasının da mübarizəni dayandırdığı Avropa çempionatında ¼ finala Portuqaliya, Belçika, Almaniya, Avstriya, İsveç, İngiltərə, İspaniya və Hollandiya komandaları adlayıb.  

0