[b]“Baltsan”ın kapitanı “Neftçi”dəki həmkarını fərqləndirdi[/b]
06.07.2016 - 19:59
[b]“Baltsan”ın kapitanı “Neftçi”dəki həmkarını fərqləndirdi[/b]

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşmasında “Neftçi” ilə qarşılaşacaq “Baltsan”ın kapitanı Steven Bezzina təmsilçimiz haqqında fikirlərini bölüşüb. Apasport.az saytının məlumatına görə, futbolçu oyunöncəsi mətbuat konfransında fikirlərini qısa şəkildə izah edib: “Qarşıda 90 dəqiqəmiz var. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq”.

 

Kapitan “ağ-qaralar”ın heyətində güclü oyunçular olduğunu da vurğulayıb: “Rəqibin güclü futbolçuları var. Xüsusilə, Araz Abdullayevi fərqləndirərdim”.