Çempionlar Liqasının IV turu çərçivəsində keçirilən “Olimpiakos” – “Barselona” matçı ilklə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Yunanıstanda gözlənilmədən bərabərə qalan Kataloniya təmsilçisi 5 ildən sonra birinci dəfə qrup matçında qol vura bilməyib.
İspaniya nəhəngi buna qədər sonuncu dəfə 2012-ci il dekabrın 5-də “Nou Kamp”da “Benfika”nın müqavimətini qıra bilməmişdi – 0:0. Komanda geridə qalan 5 il ərzində keçirdiyi 27 qrup qarşılaşmasının hamısında fərqlənməyə nail olub. Bu oyunların 21-də qələbə qazanan (3 heç-heçə, 3 məğlubiyyət) “Barsa” rəqib qapılarından 73 top keçirib, özü isə 18 dəfə mərkəzə dəvət edilib.
Qeyd edək ki, “Barselona” 4 turdan sonra 10 xalla D qrupuna başçılıq edir.
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı
- Kasper Şmeyxel zarafat etdi: “İndi tam ştatlı Uber sürücüsüyəm”