[b]“Barselona” Enrike ilə yeni müqavilə imzalayacaq[/b]
18.07.2016 - 15:25
[b]“Barselona” Enrike ilə yeni müqavilə imzalayacaq[/b]

“Barselona” rəhbərliyi komandanın baş məşqçisi Luis Enrikenin sözləşməsinin müddətini uzadacaq. Apasport.az saytı “El Mundo Deportivo”ya istinadən xəbər verir ki, təcrübəli çalışdırıcının yeni sözləşməsi 2 illik olacaq.

 

Enrikenin “Barsa” ilə 2017-ci ilə qədər anlaşması olsa da, bu, klub rəhbərliyini razı salmır. Kataloniyalılar sabiq yarımmüdafiəçinin müqaviləsinin müddətini uzatmaqla, onun hazırkı komandasında uzun müddət qalmasını təmin etmək istəyirlər.

 

Enrike ilə ən geci qışa qədər yeni sözləşmə imzalanacaq.

 

Qeyd edək ki, məşqçilik karyerası ərzində “Barselona”nın B komandasını, həmçinin “Roma” və “Selta” klublarını çalışdıran Enrike 2014-cü ildən “Barsa”nın əsas komandasına rəhbərlik edir.

 

 

0