[b]“Barselona” formasına 15 il həbs[/b]
10.06.2017 - 19:21
[b]“Barselona” formasına 15 il həbs[/b]

Səudiyyə Ərəbistanı ərazisində “Barselona” forması geyinənlər ciddi cəzalara məruz qalacaqlar. Apasport.az saytının məlumatına görə, buna səbəb katalonların futbolkalarında “Qatar Airways”in reklamının olmaısıdır.

 

Qətərlə diplomatik əlaqələri kəsən Səudiyyə rejimi bu ölkənin hər-hansı bir məhsulunun reklamını ölkə ərazisində yayılmasına imkan vermir. Buna əməl etməyənlər hətta 135 min avro məbləğində cərimələnə və ya 15 il müddətinə həbs cəzasına məruz qala bilər.

 

Qeyd edək ki, BƏƏ, Misir, Yəmən və Bəhreyn də gələcəkdə bu qadağalara başlaya bilər.