[b]“Barselona” ilk dəfə...[/b]
28.11.2016 - 09:27
[b]“Barselona” ilk dəfə...[/b]

La Liqanın XIII turunda “Real Sosyedad”la heç-heçə edən “Barselona” lider “Real”dan 6 xal geri düşüb. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisinin Sosyedaddakı qələbə həsrəti 10 ilə çatıb.

 

Belə ki, “Barsa” ardıcıl 7-ci dəfədi ki, “Anoete” səfərində qələbə qazana bilmir. Komanda sonuncu dəfə bu arenadan 2006-07 mövsümündə 3 xalla dönüb.

 

Digər maraqlı məqam isə ondan ibarətdi ki, “Barselona” cari mövsümdə bütün turnirlərdə ilk dəfədi ki, topa sahib olmada rəqibinə uduzub. 1:1 hesabı ilə nəticələnən görüşdə Luis Enrikenin yetirmələrinin topa sahib olma dərəcəsi 47,4% olub.