[b]“Barselona” Suareslə danışıqlara başladı[/b]
05.11.2016 - 10:15
[b]“Barselona” Suareslə danışıqlara başladı[/b]

“Barselona” rəhbərliyi komandanın aparıcı futbolçularından olan Luis Suareslə danışıqlara başlayıb. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, kataloniyalılar uruqvaylı hücumçu ilə yeni müqavilə imzalamaq niyyətindədirlər.

 

Suaresin hazırkı sözləşmənin müddəti 2019-cu ildə başa çatır. Buna baxmayaraq, “Barsa” rəhbərliyi onun anlaşmasını yeniləməyə qərar verib.

 

Yeni müqavilənin neçə illik olacağı hələ bəlli deyil.

 

Qeyd edək ki, “Barselona”ya 2014-cü ildə “Liverpul”dan transfer olunan Suares hazırkı komandasında ümumilikdə 111 oyunda 94 qola imza atıb.