“Barselona” ilə “Mançester Yunayted” əfsanələri arasında xeyriyyə matçı keçiriləcək. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, qarşılaşma iyunun 30-da “Nou Kamp” stadionunda oynanılacaq.
Matçda iştirak edəcək bəzi oyunçuların adları artıq müəyyənləşib. Braziliya futbolunun canlı əfsanəsi Ronaldinyonun kapitanlığını edəcək “Barselona”nın heyətində keçmişdə bu klubun formasını geyinmiş Simao Sabroza, Edqar Davids, Lüdovik Jüli, Edmilson, Qaiska Mendieta və məşhur tennisçi Rafael Nadalın əmisi olan Kataloniya klubunun keçmiş müdafiəçisi Migel Anxel Nadal çıxış edəcək.
“Mançester Yunayted”də isə Duayt York, Yesper Blomkvist, Mikael Silvestr, Park Ci-Sun, Dimitar Berbatov, Kvinto Forçun və Karel Poborskinin forma geyinəcəyi dəqiqdi.
Qarşılaşmanın bilet satışından əldə ediləcək gəlir Barselona Uşaq Xərçəng Mərkəzinə köçürüləcək.
- "Fənərbaxça"da gözlənilməz qərar: 10-a yaxın futbolçu ilə yollar ayrılır
- “Qarabağ”ın məşqçisi UEFA kursunda təlimatçı kimi çıxış edib
- “Trabzonspor” - “Qalatasaray” matçını idarə edəcək hakim bəlli olub
- "El Klasiko"da hakimdən inanılmaz reaksiya: "Barsa" cəbhəsi qəzəblidir
- "Arsenal"ın müdafiəçisi italyanların radarına düşüb