[b]“Barselona” və “Real” təyyarə qəzasının qurbanlarını yad etdi[/b]
29.11.2016 - 16:02
[b]“Barselona” və “Real” təyyarə qəzasının qurbanlarını yad etdi[/b]

 

Braziliyanın “Şapekoense” klubunun təyyarə qəzasına uğramasına dünyanın aparıcı komandaları da biganə qalmayıblar. Apasport.az saytının məlumatına görə, İspaniya təmsilçiləri “Barselona” və “Real” bugünkü məşq prosesində qəza nəticəsində dünyasını dəyişənləri yad ediblər.

 

Həm Kataloniya, həm də Madrid klubunun üzvləri məşqdən öncə 1 dəqiqəlik sükuta ehtiyac duyublar.

 

Qeyd edək ki, qəza nəticəsində təyyarədə olan 81 nəfərdən 76-sı dünyasını dəyişib. Onların sırasında vaxtilə Azərbaycan çempionatında çıxış etmiş Tieqo de Xesus (“Xəzər Lənkəran”) və Filipe Maçado (“İnter”) da var.