[b]“Barselona” Vidala əvəzləyici tapdı[/b]
15.11.2016 - 17:30
[b]“Barselona” Vidala əvəzləyici tapdı[/b]

“Barselona” rəhbərliyi komandanın müdafiə xəttinin sağ cinahını gücləndirmək niyyətindədi. Apasport.az saytı “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi “Şaxtyor”un xorvatiyalı oyunçusu Dario Srna ilə danışıqlara başlayıb.

 

Aleyş Vidalla yanvarda yolları ayırmağı planlaşdıran “Barselona” Srnanı məhz onun yerinə gətirmək istəyir. 34 yaşlı futbolçunun özü də karyerasını İspaniyada davam etdirməyə qarşı deyil.

 

Bu keçidin “Barselona”ya baha başa gəlməyəcəyi gözlənilir.

 

Qeyd edək ki, 2003-cü ildən “Şaxtyor”un formasını geyinən Srna Donetsk təmsilçisinin heyətində bu vaxta qədər 500 oyunda 48 qol vurub.