“Barselona” Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında “Yuventus” önünə ciddi itki ilə çıxacaq. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubunun müdafiəçisi Xavyer Maskeranonun durumuna aydınlıq gəlib.
Turindəki ilk qarşılaşmada xəsarət alan təcrübəli futbolçunun durumunun ciddi olduğu üzə çıxıb. Klubun həkimləri La Liqanın XXXII turunda “Real Sosyedad”la (3:2) görüşü buraxan Maskeranonun cavab qarşılaşmasına yetişməsinin mümkünsüz göründüyünü bildiriblər.
Əvəzində türkiyəli yarımmüdafiəçi tam sağalıb və “Yuventus”la qarşılaşmaya hazırdı.