[b]“Barselona”da iki yeni müqavilə[/b]
17.10.2016 - 17:24
“Barselona”da daha iki futbolçu ilə yeni müqavilə razılaşdırılıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunlar müdafiəçi Xavyer Maskerano və hücumçu Neymardı.
Maskerano artıq yeni sazişə qol çəkib. Anlaşmaya görə, argentinalı futbolçu 2019-cu ilə qədər Kataloniya təmsilçisinə məxsus olacaq. Onun transfer qiyməti isə 100 milyon avro məbləğində qiymətləndirilib.
Braziliyalı hücumçu Neymarla da hərtərəfli razılıq əldə edilib. O, oktyabrın 21-də müqaviləsinin müddətini 2021-ci ilə qədər uzadacaq.
0
0