[b]“Barselona”da yeni müqavilə[/b]
10.03.2017 - 10:09
[b]“Barselona”da yeni müqavilə[/b]

“Barselona”nın yarımmüdafiəçisi İvan Rakitiçin karyerasını harada davam etdirəcəyi müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, xorvatiyalı futbolçu hazırkı komandasında qalmağı qərara alıb.

 

Bir ara baş məşqçi ilə yola getmədiyi üçün mövsümün sonunda ayrılmaq qərarına gələn 28 yaşlı orta sahə oyunçusu “Mançester Yunayted” və “Yuventus” kimi klublardan təklif almışdı. Lakin Rakitiç sonda “Barsa” ilə yeni müqavilə imzalamağı üstün tutub. Razılığa əsasən, o, 2019-cu ilin yayına qədər olan anlaşmasının müddətini daha 2 il uzadıb.

 

Qeyd edək ki, İvan Rakitiç “Barselona”ya 2014-cü ildə “Sevilya”dan keçib.