[b]“Barselona”nı çalışdırmaq istəmirəm” [/b]
02.03.2017 - 15:25
[b]“Barselona”nı çalışdırmaq istəmirəm” [/b]

“Arsenal”ın baş məşqçisi Arsen Venger gələcək planlarını açıqlayıb. Apasport.az saytı xəbər verir ki, Britaniya mətbuatına danışan fransalı çalışdırıcı başqa klub axtarışında olmadığını bildirib.

 

Venger “topçular”ı tərk etmək barədə düşünmədiyini qeyd edib: “Barselona”nı çalışdırmaq istərdimmi? Xeyr, mən “Arsenal”da qalmaq fikrindəyəm. Başqa klubda iş axtarmaq fikrim yoxdu. İndi qarşımda duran vəzifə “Arsenal”ın oyun səviyyəsini artırmaqdı”.

 

Qeyd edək ki, Arsen Venger 1996-cı ildən “Arsenal”ın baş məşqçisidi.