[b]“Barselona”nın “qırxı çıxmadı”[/b]
03.04.2016 - 01:11
İspaniya La Liqasında bu həftə baş tutan “El Klasiko”da “Barselona”nı məğlub edən “Real” həm də rəqibinin məğlubiyyətsiz oyunlar seriyasına son qoyub. Apasport.az saytının məlumatına görə, bu məğlubiyyət katalonların bütün turnirlərdəki matçlar nəzərə alınmaqla 39 oyun sonra ilk üzüntüsüdü.
Qeyd edək ki, bu nəticə həm də Primero tarixinin rekordu idi.
Luis Enrikenin yetirmələri sonuncu dəfə 3 oktyabr 2015-ci ildə yenə bir La Liqa matçında “Sevilya”ya uduzmuşdu – 1:2.
0
0