[b]“Barselona”nın “Santyaqo Bernabeu” arzusu gerçəkləşmədi[/b]
23.02.2016 - 10:12
[b]“Barselona”nın “Santyaqo Bernabeu” arzusu gerçəkləşmədi[/b]

İspaniya Kral Kubokunda final matçının keçiriləcəyi stadion məlum olub. Apasport.az saytının məlumatına görə, “Barselona” ilə “Sevilya” “Visente Kalderon”da üz-üzə gələcəklər.

 

“Barselona” rəhbərliyi həlledici qarşılaşmanın əzəli rəqibi “Real”ın stadionu “Santyaqo Bernabeu”da keçirilməsini istəmişdi. Lakin İspaniya Futbol Federasiyası onların tələbəni qəbul etməmişdi. Federasiya mayın 22-də baş tutacaq görüşün “Visente Kalderon”da oynanılmasını qərara alıb.

 

Qeyd edək ki, “Atletiko”ya məxsus olan “Visente Kalderon” stadionu 54 min 960 tamaşaçı tutumuna malikdi.