[b]“Barselona”nın futbolçusu üçün il bitdi[/b]
30.11.2016 - 18:56
“Barselona”nın müdafiəçisi Jeremi Matyenin durumuna aydınlıq gəlib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, fransalı futbolçu hələ bir müddət də komandadan uzaq qalacaq.
Son tibbi testlərin ardından Matyenin daha 20 gün məşqlərdən uzaq qalacağı müəyyənləşib. Futbolçu yalnız ayın sonlarında fərdi hazırlığa start götürə biləcək. Bu isə o deməkdi ki, təcrübəli oyunçu 2016-cı ilin son bir ayında da komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Jeremi Matye oktyabrın sonlarında Kataloniya Superkuboku matçında zədələnib.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0