[b]“Barselona”nın futbolçusuna “Yuventus”dan təklif[/b]
01.02.2017 - 15:17
[b]“Barselona”nın futbolçusuna “Yuventus”dan təklif[/b]

“Barselona”nın yarımmüdafiəçisi Andre Qomeş karyerasını İtaliya çempionatında davam etdirə bilər. Apasport.az saytı “Mundo Deportivo”ya istinadən xəbər verir ki, portuqaliyalı futbolçu ilə “Yuventus” yaxından maraqlanır.

 

“Qoca sinyora”nın baş məşqçisi Massimiliano Alleqri rəhbərliklə söhbətində Qomeşin alınmasını istəyib. Bu keçidin baş tutması Luis Enrikenin “Barselona”da qalıb-qalmayacağından asılıdı. Belə ki, ispaniyalı mütəxəssis yayda vəzifəsindən ayrılmasa, Portuqaliya yığmasının üzvü başqa kluba satılmayacaq. Qomeş özü də hazırkı məqamda komandasını dəyişmək haqda düşünmür. Lakin Enrike mövsümün sonunda “Barselona”dan getsə, Andre də kataloniyalılarla vidalaşa bilər.

 

Qeyd edək ki, “Yuventus” “Barselona”nın digər futbolçusu İvan Rakitiçin də xidmətində maraqlıdı.