[b]“Barselona”nın kubokdakı rəqibi bilindi[/b]
29.01.2016 - 16:13
[b]“Barselona”nın kubokdakı rəqibi bilindi[/b]

İspaniya Kral Kubokunda yarımfinal cütlükləri məlum olub. Apasport.az-ın İspaniya mətbuatına istinadən məlumatına görə, bu gün püşkatma mərasimi keçirilib.

 

Püşkün nəticəsinə görə, kubokun son qalibi “Barselona” final yolunda “Valensiya” ilə qarşılaşacaq. Yarımfinalın digər cütlüyündə isə “Sevilya” ilə “Selta” üz-üzə gələcəklər. İlk oyunlar fevralın 3-4-də müvafiq olaraq Barselona və Sevilyada keçiriləcək. Cavab qarşılaşmaları isə bir həftə sonra Valensiya və Viqoda baş tutacaq.

 

Qeyd edək ki, ötən mövsümün qalibi “Barselona”dan fərqli, “Valensiya” sonuncu dəfə 2007/08, “Sevilya” 2009/10 mövsümündə İspaniya Kral Kubokunu muzeyinə aparıb. Digər yarımfinalçı “Selta” isə indiyə qədər ən yaxşı halda finala çıxa bilib.