[b]“Barselona”nın qapıçısı “Mançester Siti” ilə anlaşdı[/b]
31.03.2016 - 10:52
[b]“Barselona”nın qapıçısı “Mançester Siti” ilə anlaşdı[/b]

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen gələcək karyerası ilə bağlı yekun qərar qəbul edib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Almaniya yığmasının qolkiperi mövsümün sonunda Kataloniya klubundan ayrılacaq.

 

“Barsa”nın heyətində yalnız İspaniya Kral Kuboku və Çempionlar Liqası matçlarında meydana çıxan 24 yaşlı qapıçı oyun praktikasından əziyyət çəkdiyi üçün bu qərara gəlib. Onun artıq yeni komandasının adı da məlumdu. İngiltərə mətbuatı ter Ştegenin “Mançester Siti” ilə ilkin razılıq əldə etdiyini yazıb. Bu transfer “şəhərlilər”ə 25 milyon avroya başa gələcək.

 

Qeyd edək ki, ter Ştegen “Barselona”ya 2014-cü ildə Mönhenqladbax “Borussiya”sından keçib.