[b]“Barselona”ya böyük hesabla uduzdu, fəaliyyətini dayandırdı[/b]
03.04.2017 - 18:22
[b]“Barselona”ya böyük hesabla uduzdu, fəaliyyətini dayandırdı[/b]

İspaniyanın III liqa təmsilçisi “Eldense” klubu fəaliyyətini dayandırıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb komandanın “Barselona”ya məğlub olmasıdı.

 

Belə ki, Sequnda liqasının C qrupunda iştirak edən “Eldense” XXXII turda “Barselona B”yə 0:12 hesabı ilə məğlub olub. Qarşılaşmadan sonra bəzi futbolçuların ağlaması diqqətdən yayınmayıb.

 

1992-ci ildən bəri liqanın ən böyükhesablı yenilgisi ilə üzləşən Valensiya şəhərinin təmsilçisi italiyalı sponsorlarla əlaqələrinin kəsildiyini bəyan edib. Bununla da 1921-ci ildə yaradılan klub fəaliyyətini dayandırıb. Mövsümün son 6 turunda “Eldense” meydana çıxmayacaq və komandaya texniki məğlubiyyət veriləcək.

 

Qeyd edək ki, 32 turdan sonra “Barselona B” turnir cədvəlinə başçılıq edirsə, “Eldense” son sırada qərarlaşıb.