[b]“Barselona”ya oyun satan klubla bağlı yeni faktlar[/b]
05.04.2017 - 14:49
[b]“Barselona”ya oyun satan klubla bağlı yeni faktlar[/b]

İspaniyanın “Eldense” klubu ilə bağlı qalmaqal daha geniş vüsət alıb. Apasport.az saytının məlumatına görə, aşağı liqa təmsilçisinin daha 4 oyun satdığı barədə məlumat yayılıb.

 

Onlar “Vilyarreal”ın B komandasına 0:4, “Atletiko Balyeares”a 0:5, “Kornelya”ya 1:3 və “Qava”ya 0:1 hesabı ilə məğlub olublar. “Eldense”nin bu matçlardakı çıxışı qeyri-idman xarakteri daşıyıb.

 

Bu 4 qarşılaşmayadək klubun “Barselona B”yə oyun satdığı da aşkarlanmışdı.

 

“Eldense”nin hücumçusu Şeyk Saad açıqlamışdı ki, onun 4 komanda yoldaşı kataloniyalılara oyunu verərək, matçın 0:12 hesabı ilə bitməsinə səbəb olmuşdu. Az keçməmiş komandanın baş məşqçisi Filippo di Pyero fırıldaqçılıqda ittiham olunaraq, həbs edilmişdi.

 

“Eldense”ni bu 5 oyuna görə 200-500 min avro qazandığı bildirilir. Danışılmış oyunların İtaliya və Çin kriminal qrupları tərəfindən təşkil edildiyi ehtimal olunur.