“Bayer”in yarımmüdafiəçisi Yulian Brandt “Bavariya”ya keçə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc futbolçu “Bavariya”nın maraq dairəsindədi.
Münhen təmsilçisi 20 yaşlı oyunçunu gələn ilin yayına heyətinə cəlb etməyi planlaşdırır. Almaniya millisinin üzvü ilə artıq danışıqlara start verilib. “Bavariya” həmin vaxt onu 12,5 milyon avro müqabilində transfer edə biləcək. “Bayer” rəhbərliyi isə oyunçusunu baha qiymətə satmaq üçün onun müqaviləsində dəyişiklik etmək fikrindədi.
Qeyd edək ki, Yulian Brandt 2014-cü ildən “Bayer”in əsas komandasında çıxış edir.
[b]“Bavariya” milli üzvünü “qaralayıb”[/b]
15.03.2017 - 18:07
0
0