PSJ-nin italiyalı futbolçusu Marko Verratti karyerasını Almaniyada davam etdirə bilər. Apasport.az saytı “Sky Sport İtalia”ya istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə “Bavariya” yaxından maraqlanır.
Məsələ burasındadı ki, Münhen klubunun çilili futbolçusu Arturo Vidalın “Çelsi”yə keçmək variantı yaranıb. “Zadəganlar” təcrübəli xavbekdən əl çəkmək istəmir.
Vidalın getmək ehtimalını nəzərə alan “Bavariya” isə diqqətini Verrattiyə yönəldib. Onlar sözügedən futbolçunun Vidalın yoxluğunu hiss etdirməyəcəyini düşünürlər. Danışıqlar baş tutsa, Verratti mövsümün sonunda Münhenə köçməli olacaq.