[b]“Bavariya”da ciddi problem[/b]
26.09.2016 - 14:29
[b]“Bavariya”da ciddi problem[/b]

Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində bu həftə “Atletiko” ilə qarşılaşacaq “Bavariya” oyuna itki ilə çıxa bilər. Apasport.az saytı “Marca”ya istinadən xəbər verir ki, Münhen klubunun müdafiəçini Mats Hummels bu görüşü buraxmaq təhlükəsi ilə üzləşib.

 

Belə ki, təcrübəli futbolçu “Hamburq”la çempionat görüşündə (1:0) zədələnib. Bu səbəbdən Hummels oyunun 51-ci dəqiqəsində əvəzlənib.

 

Hummelsin hansı müddətə sıradan çıxdığı tibbi müayinədən keçdikdən sonra bilinəcək.