Transfer dönəminin ən hərəkətli komandası olan “Milan” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “rossonyerlər”in budəfəki keçidi Renato Sançes olub.
İtaliya klubu uzun sürən danışıqlardan sonra, nəhayət ki, futbolçunun komandası “Bavariya” ilə ortaq məxrəcə gəlib. Portuqaliya millisinin üzvünün keçidi almanlara 40 milyon avro qazandıracaq. 20 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 4 illik müqaviləyə qol çəkəcək. “Milan” Sançesin transferini gün ərzində rəsmən bəyan edəcək.
Qeyd edək ki, Renato Sançes “Bavariya”ya ötən il 35 milyon avro müqabilində “Benfika”dan keçib.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı