[b]“Bavariya”ya qayıtdı, məşqçi oldu[/b]
09.06.2017 - 15:52
Fransa yığmasının sabiq müdafiəçisi Villi Sanyol “Bavariya”ya qayıdıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, o, Münhen klubunda məşqçi kimi çalışacaq.
Belə ki, Sanyol “Bavariya”nın çalışdırıcısı Karlo Ançelottinin köməkçisi vəzifəsini yerinə yetirəcək. O, bu vaxta qədər Fransanın U-21 yığmasının və “Bordo” klubunun baş məşqçisi kimi fəaliyyət göstərib.
Qeyd edək ki, Sanyol futbolçu karyerası ərzində 2000-2009-cu illərdə “Bavariya”nın formasını geyinib.
0
0