[b]“Bayer”in hücumçusu “Çelsi”nin hədəfində[/b]
29.12.2016 - 17:00
“Bayer”in hücumçusu Xavyer Ernandes karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytı “Bild” nəşrinə istinadən xəbər verir ki, meksikalı futbolçu ilə “Çelsi” yaxından maraqlanır.
“Zadəganlar” yanvarda qarşı tərəfə rəsmi təkliflə müraciət etməyi planlaşdırırlar. “Bayer” rəhbərliyinin bu keçidə razılıq verəcəyi bildirilir. Amma bunun üçün ingilislər Leverkuzen təmsilçisinə 35 milyon funt-sterlinq ödəməli olacaqlar.
Qeyd edək ki, 2009-cu ildən Meksika yığmasına çağırılan Ernandes 2015-ci ildən “Bayer”in formasını geyinir.
0
0