[b]“Beşiktaş” “Fənərbaxça”ya, “Qalatasaray” liderə qarşı - Türkiyə Kubokunda erkən finallar[/b]
27.01.2017 - 00:08
[b]“Beşiktaş” “Fənərbaxça”ya, “Qalatasaray” liderə qarşı - Türkiyə Kubokunda erkən finallar[/b]

Türkiyə kubokunda qrup mərhələsinin oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, artıq 1/8 finalda qarşılaşacaq bütün cütlər müəyyənləşib.

 

Bu mərhələdə bir neçə maraqlı oyun keçiriləcək. Ən çox maraq doğuran oyun əzəli rəqiblər - “Beşiktaş” və “Fənərbaxça” arasında olacaq.

 

“Qalatasaray” isə hazırda Super Liqada 2-ci pillədə qərarlaşmış “Başakşəhər”lə üz-üzə gələcək.

 

Növbəti mərhələdə aşağıdakı komandalar üz-üzə gələcək:

“Şanlıurfaspor” – “Rizəspor” 
“Kasımpaşa” – “Osmanlıspor”
“Gənclərbirliyi” – “Kayserispor” 
“Beşiktaş” – “Fənərbaxça”
“Tuzlaspor” – “Sivasspor” 
“Başakşəhər” – “Qalatasaray”
“Akhisar” – “Gümüşhanespor” 
“Konyaspor” – “Ümraniyespor”

 

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları 4-5 fevral tarixində keçiriləcək.