Qış fasiləsində Azərbaycana səfər edəcək “Beşiktaş” “Qarabağ”la təşkil olunacaq yoldaşlıq görüşünə ciddi yanaşır. Apasport.az saytının məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Türkiyəli həmkarlarımız “ağ-qaralar”ın dövrələrarası fasilədə Bakıya tam heyətlə gələcəklərini vurğulayıblar. Səfər zamanı klub prezidenti Fikrət Orman da komanda ilə birlikdə olacaq.
Onlar oyunla yanaşı, paytaxtımızda fəaliyyət göstərəcək “Qartal yuvası” mağazasının açılışında da iştirak edəcəklər. Həmin idman mağazasında isə yalnız “Beşiktaş”a aid formalar, geyim dəstləri və toplar satılacaq.