[b]“Beşiktaş”da gözlənilməz ayrılıq[/b]
11.07.2016 - 21:52
İstanbulun “Beşiktaş” klubunda gözlənilməz ayrılıq baş verib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” müdafiəçi İsmayıl Köybaşı ilə yollarını ayırıb.
2009-cu ildən “qartallar”ın şərəfini qoruyan sol cinah oyunçusu ilə yeni müqavilə imzalanmayıb.
Onunla “Fənərbaxça”nın ciddi maraqlandığı bildirilir.
Qeyd edək ki, ötən mövsüm “Beşiktaş”la 35 matçda meydana çıxan İsmayıl Türkiyə millisinin AÇ-2016-dakı heyətində yer almışdı.
0
0