[b]“Beşiktaş”da yeni müqavilə[/b]
08.08.2017 - 17:27
[b]“Beşiktaş”da yeni müqavilə[/b]

“Beşiktaş” rəhbərliyi komandanın aparıcı oyunçularından olan Tolqay Arslanla yeni müqavilə imzalayıb. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddəti uzadılıb.

 

Razılaşmaya əsasən, Arslan 2022-ci ilin yayına qədər İstanbul təmsilçisinin formasını geyinəcək.

 

Qeyd edək ki, Tolqay Arslan 2015-ci ildən “Beşiktaş”ın uğurları üçün çalışır.