[b]“Beşiktaş”dan ulduz transferi[/b]
25.08.2016 - 09:22
[b]“Beşiktaş”dan ulduz transferi[/b]

“Beşiktaş” heyətini daha iki futbolçu ilə gücləndirib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “ağ-qaralar” ulduz futbolçu transferi ilə diqqət çəkiblər.

 

Belə ki, “Mançester Siti”nin yarımmüdafiəçisi Samir Nəsri ilə danışıqlar müsbət nəticələnib. Türkiyə təmsilçisi Fransa millisinin sabiq üzvünü bir il müddətinə icarəyə götürüb. Klublar arasındakı razılığa görə, Nəsrinin 6,5 milyon avroluq illik maaşının böyük hissəsini “Mançester Siti” ödəyəcək.

 

Həmçinin “Porto”nun hücumçusu Vinsent Abubakar da cari mövsümü “Beşiktaş”da keçirəcək. Çempionlar Liqasında iştirak edəcək “qara qartal” kamerunlu forvardı da birillik icarəyə götürüb.